330x110
 

VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir

15.01.2019,16:20


15 yanvar, Fineko/abc.az. Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA” MMC) Yasamal yaşayış kompleksində mənzil əldə etmək istəyən şəxslərə bank VTB (Azərbaycan) güzəştli ipoteka krediti təklif edir.

Güzəştli şərtlərlə  təqdim edilən kreditin faiz dərəcəsi 4%, ilkin ödəniş isə - 10% təşkil edir. Kredit 30 il müddətinə verilir.

Mənzillərin satışına 25 yanvar 2019-cu ildən start verilir. Güzəştli ipoteka krediti əhalinin müəyyən kateqoriyası, o cümlədən Milli qəhrəman və şəhid ailələrinin üzvləri, dövlət və hərbi qulluqçular, gənc ailələr və digərləri üçün nəzərdə tutulub. Kredit almaq üçün “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək tələb olunur.

İpotekanı çevik şəkildə rəsmiləşdirmək üçün VTB (Azərbaycan)-ın mütəxəssisləri müştərilərə ilkin məsləhət verir və kreditin şərtləri barədə detalı məlumat təqdim edir.

Arayış üçün:

Mənzil İnşaat Dövlət Agentliyi ( «MİDA» MMC) 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinə və vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaqdır.