Seymur Mövlayev Azərbaycanın Aqrar Xidmətlər Agentliyinin sədri təyin olunub

11:57 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Yeni yaradılmış Aqrar Xidmətlər Agentliyinin sədri təyin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, agentliyin sədri Seymur Mövlayev təyin edilib.

Əvvəllər Seymur Mövlayev “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, ondan əvvəl isə Bakıda 3 saylı ASAN xidmət mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyev Aqrar Xidmətlər Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

“Aqrolizinq” ASC-nin sədri vəzifəsini sədr müavini Elmin Rəhmanov icra edəcək.

 

Вся лента