İlham Əliyev: Azərbaycanın maliyyə resursları xarici borcun həcmindən 4,5 dəfə çoxdur

17:39 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycan xarici borcun həcmini azaltmağı planlaşdırır.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın böyük maliyyə imkanları var.

“Bizim maliyyə resurslarımız və ehtiyatlar xarici borcun həcmindən 4,5 dəfə çoxdur. Bu vəziyyət yeni tərəfdaşları və xarici bankları cəlb etməyə imkan verir. Eyni zamanda, bizim siyasətimiz xarici borcun həcmini azaltmağı nəzərdə tutur. Ötən il xarici borcun həcmi 22,8%-dən 19%-dək azaldılıb, bu il də azaldılacaq”, - deyə dövlət başçısı bildirib.

 

Вся лента