2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 31 milyard dollar təşkil edib

16:53 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 30,924 milyard dollar təşkil edib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci il ilə müqayisədə, ticarət dövriyyəsi 37% artıb.

“İxrac 2018-ci ildə 19,459 milyard dollar, idxal isə 11,465 milyard dollar təşkil edib. İxrac ildə 41%, idxal isə 31% artıb. Nəticədə xarici ticarət dövriyyəsinin 7,994 milyard dollar  həcmində müsbət saldosu olub ki, bu da əvvəlki ilə nisbətən 59% çoxdur”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.

 

Вся лента