“Pegasus Airlines” martdan etibarən Bakıya yenidən uçuşlar həyata keçirəcək

17:25 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. Türkiyənin büdcəli aviaşirkəti “Pegasus Airlines” yenidən Bakıya uçuşlar təşkil edir.

Türkiyə KİV-nin verdiyi məlumata görə, uçuşlar martın 15-dən Ankara-Bakı reysi ilə yenilənir.

“Uçuşlar bazar ertəsi, çərşənbə axşamı,  cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti 89,99 dollardan başlayacaq. “Pegasus” aviaşirkətinin  təyyarələri, Ankaradakı Esenboğa Beynəlxalq Hava Limanından Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edəcək”,  - KİV məlumatlarında belə deyilir.

 

Вся лента