Azərbaycan nefti bir qədər ucuzlaşıb

09:45 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,23% enib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,61 dollar təşkil edir.

17 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  0,24 dollar (0,46%) ucuzlaşaraq bir barelə 52,07 dollar təşkil etmişdir.  

“ICE” birjasında cümə axşamı günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,14 dollar (0,23%) enərək bir barelə 61,18 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 9,11 dollara bərabərdir.

 

Вся лента