Moody`s MDB-də ÜDM-in artımını 2019-cu ildə orta hesabla 3,9% səviyyəsində proqnozlaşdırır

12:16 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Moody`s Investors Service beynəlxalq reytinq agentliyi 2019-cu ildə MDB ölkələrinin ümumilikdə sabit kredit qabiliyyətini proqnozlaşdırır.

Agentliyin proqnozlarına görə, sağlam iqtisadi inkişafın gözləntiləri, Moody's-in icmalında nəzərdən keçirildiyi kimi, siyasi riskləri və likvidliyə daha sərt çıxışı kompensasiya edir.

“Biz gözləyirik ki, 2019-cu ildə MDB-də iqtisadi artım sabit qalacaq, region üzrə orta hesabla 3,9% təşkil edəcək, lakin ehtimal var ki,  Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi  regional ticarət və pul köçürmələrinə zərbə vuracaqdır”, - deyə aparıcı analitik və icmalın müəllifi Evan Volman bildirib.

Moody's-in hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi təhlükəsi ilə yanaşı, həmçinin, Rusiya Federasiyası ilə Ukrayna arasında gərginlik və Ukraynada və Moldovada seçkiqabağı daxili siyasi qeyri-sabitlik ilə əlaqədar risklər də var.

Moody's-in analitikləri qeyd edirlər ki, xarici maliyyələşmələrdən yüksək asılılıq, dünya bazarlarında likvidliyin əldə olunmasının azaldılması səbəbindən region üçün riskləri artıracaqdır. Bundan əlavə, siyasi gərginlik, regionda iqtisadi sabitlik və islahatların dinamikası üçün hələ də davamlı təhlükə mənbəyidir.

Agentlik MDB-də iqtisadi islahatların sürətlənməsini gözləmir, çünki mövcud institutların zəifliyi siyasi qərarların effektivliyini azaldır. Regionun bəzi ölkələrində xərclər üzrə əhəmiyyətli öhdəlikləri yüksək borc yükünü saxlamağa və büdcə potensialını məhdudlaşdırmağa şərait yaradacaq.

Moody's MDB-yə Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan, Moldova, Tacikistan, Qırğızıstan, Özbəkistan və Ukraynanı daxil edir.

 

Вся лента