Bakının “qara” valyuta bazarında rubl bahalaşdı

17:16 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Bakı şəhərinin “qara” valyuta bazarında rublun qiyməti bu gün qalxıb.

Noyabrın 20-də dolların alış qiyməti dəyişməyib və 1,6950 manat, satış qiyməti isə 1,7000 manat səviyyəsində qalıb. Avronun alışı 1.99 manatdan 1.97 manata düşüb, satışı isə dəyişməyib və 2.00 manat təşkil edib. Rublun alışı 0,0274 manatdan 0,0280 manata, satışı isə 0,0280 manatdan 0,0283-0,0284 manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankı 20 noyabr üzrə avro məzənnəsinin 1,9941 AZN, dollar məzənnəsinin 1,7002 AZN, rubl məzənnəsinin 0,0287 AZN, lirə məzənnəsinin isə 0,4395 AZN təşkil etdiyini bildirib.

 

 

Вся лента