“AtaSığorta” qatarla avtobusunun toqquşmasından zərər çəkənlərə 47 250 manat ödəyib

17:00 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “Ata Sigorta”  2018-ci ilin oktyabr 1-də qatarla sərnişin daşıma avtobusunun toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı “sığorta ödənişlərinin verilməsinə başlayıb.

Ata Sigorta-nın məlumatında deyilir ki, ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 manat təşkil edəcək.

“O cümlədən, üç əmlaka cəmi 42 962 manat, belə ki, kamaz markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmiryolu məntəqəsinə 12 255 manat zərər dəymişdir”, - məlumatda belə deyilir.

Qəza  Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş vermişdir. Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtobus sürücüsü ilə birlikdə avtobusda cəmi 42 nəfər olmuş, onlardan 3-ü ölmüş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

 

Вся лента