“BTC Co.”nun əməliyyat xərcləri il ərzində 16% artıb

20.11.2017,17:30


20 noyabr, Fineko/abc.az. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində  “BTC Co.” şirkəti  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 120 milyon dollar xərcləyib.

“BP-Azerbaijan” şirkətinin məlumatında deyildiyi kimi, il ərzində çəkilmiş əməliyyat xərcləri 16 faiz, yəni 101 milyon dollara qədər artıb, əsaslı xərclər isə 54 faiz, yəni 19 milyon dollara qədər azalıb.

“2006-cı ilin iyun ayından  2017-ci il sentyabr ayının sonuna qədər BTC boru kəməri vasitəsilə ümümilikdə 374 milyon tondan artıq (təxminən 2,8 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Cari ilin üç rübü ərzində isə BTC vasitəsilə təxminən 26 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 249 tankerə yüklənib”, - məlumatda belə deyilir.

“BTC Ko.”nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

 

Ключевые слова: BTC Bakı-Tbilisi-Ceyhan BP