Prezident İlham Əliyev Davosda “SAP SE” şirkətinin icraçı direktoru ilə görüşdü

16:38 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.

Görüşdə Bill Makdermot Azərbaycanla əməkdaşlığa görə məmnunluq ifadə etdi və SAP SE-nin artıq Bakıda ofis açdığını və İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin həyata keçirilməsinə və rəqəmsal iqtisadiyyatın formalaşmasına dəstək verməyə hazır olduğunu bildirdi. Şirkət, həm dövlət, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın inkişafına kömək edə bilər.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı.

 

 

Вся лента