Azərbaycan Gürcüstandan siqaretin təkrar ixracının əsas payını qəbul etdi

17:36 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. 2018-ci ildə Gürcüstan xaricə 148,8 milyon dollar həcmində siqaret ixrac edib ki, bu da 2017-ci ildə müşahidə olunan göstəricidən 3,5 dəfə çoxdur.

Gürcüstanın Milli Statistika Agentliyi (Sakstat) bildirir ki, demək olar ki, bütün ixrac olunan məhsullar təkrar ixrac olunur, yəni bu, Gürcüstanda istehsal olunmayan, ölkəyə idxal olunan məhsulların ixracıdır.

“Gürcüstandan siqaretlər əsasən Azərbaycana göndərilir - buraya 98 milyon dollar dəyərində mal ixrac edilib, 2018-ci ildə həmçinin siqaret idxalı artdı. İdxal, 186 milyon dollar təşkil edib ki, bu da ötən ildəki göstəricidən 82% çoxdur”, - məlumatda belə deyilir.

Təkrar ixracın əsas məqamları minik avtomobilləridir. Ötən il Gürcüstana 598 milyon dollar həcmində minik avtomobilləri gətirilib(keçən ilə nisbətən 25% artım), onların ixracı isə 409 milyon dollar (74%) təşkil edib.

 

Вся лента