Neftin qiyməti düşüb

10:08 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,38 dollar (2,14%) enib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,16 dollar təşkil edir.

22 yanvar tarixində keçirilən ticarətdə,  Nyu-York Əmtəə Birjasında (NYMEX), son sessiyada 2,3% enərək bir barelə 52,57 dollar təşkil etmiş “WTI” markalı neft üzrə fevral müqaviləsinin ticarəti  başa çatmışdır. “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,24 dollar ucuzlaşaraq bir barelə 53,80 dollar təşkil etmişdir.  

 “ICE” birjasında çərşənbə axşamı günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,24 dollar (1,98%) düşərək bir barelə 61,50 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 7,7 dollara bərabərdir.

 

Вся лента