Azərbaycanda qida təhlükəsizliyi zəncirinin bütün iştirakçıları vergi və qida təhlükəsizliyi qeydiyyatına cəlb olunacaq

23.01.2019,15:31


23 yanvar, Fineko/abc.az. Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

"Memorandum qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən  məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində vergi uçotuna və dövlət qeydiyyatına alınması üçün müraciət edən, o cümlədən vergi uçotuna və qida təhlükəsizliyi qeydiyyatına alınması barədə məlumatlandırılması nəzərdə tutulur", - Azərbaycan Vergilər Nazirliyinin məlumatında belə deyilir.