Bakı-Sumqayıt-Bakı elektrik qatarı yanvarın 27-də işləməyəcək

15:14 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY)  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının xidmətlərindən istifadə edən sərnişinlərə müraciət edib.

ADY məlumat verir ki, yanvarın 27-də Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti bir günlük dayandırılır.

“Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ləğv edilir”, - məlumatda belə deyilir.

 

Вся лента