Azərbaycan neftinin qiyməti yüksəlib

09:45 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,1 dollar və yaxud 0,16% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,84 dollar təşkil edir.

24 yanvar tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,51 dollar (0,97%) qalxaraq bir barelə 53,13 dollar təşkil etmişdir.

“ICE” birjasında cümə axşamı günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,05 dollar (0,08%) enərək bir barelə 61,14 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 7,96 dollara bərabərdir.

 

Вся лента