Samir Şərifov: Azərbaycanın icmal büdcəsinin artıqlığı 1,2% təşkil edir

21.11.2017,13:42


21 noyabr, Fineko/abc.az. Azərbaycanın Maliyyə naziri Samir Şərifov Parlamentdə 2018-ci ili Dövlət büdcəsi layihəsinin oxunuşunu təqdim etdi.

Nazir Samir Şərifov bildirdi ki, cari ilin doqquz ayı ərzində, keçən ilin analoji dövrünə nisbətən, iqtisadi tənəzzül tempi ilin əvvəlində qeyd olunan 3,5%-dən  0,6%-ə qədər  azaldı.

“Qeyri-neft sektoru ilin əvvəlindən etibarən 2,5% səviyyəsində real artım göstərdi. Dövlət tərəfindən göstərilmiş maliyyə yardımı, valyuta ehtiyatlarının qənaətli istifadəsi, xarici ticarət münasibətləri nəticəsində valyuta axınının artımı, həmçinin digər görülmüş fiskal və monetar tədbirlər sayəsində xarici ticarət dövriyyəsində $4,4 milyard səviyyəsində müsbət saldo müşahidə olunur. Doqquz ay ərzində icmal büdcənin kəsiri azalmışdır və 11,3% kəsir əvəzinə 1,2% səviyyəsində artıqlıq təmin edilmişdir”, - deyə nazir bildirdi.

Onun sözlərinə görə, dövlət sektorunun valyuta ehtiyatları 10%-dən çox artıb.

Nazir bildirib: “2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da ölkənin ÜDM-nun 29%-ni  təşkil edir. Gələn il, dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti  ilə 7,907 milyard manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 2,43 milyard manat keçirdiləcək, Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert isə 9,216 milyard manat təşkil edəcək”.

Nazirin sözlərinə görə, gələn ilin dövlət büdcəsində neftin qiyməti $45 səviyyəsində müəyyən edilib ki, bu da cari il ilə müqayisədə, 12,5% və ya $5 daha çoxdur. Büdcə xərcləri 2018-ci ildə 20,906 milyard manat səviyyəsində olacaq və ölkənin ÜDM-nun  30,1%-ni təşkil edəcək. Büdcə kəsiri 778,7 milyon manat təşkil edəcək. 2018-ci ildə icmal büdcənin gəlirləri 23 223,2 milyon manat, xərclər isə  26 674,1 milyon manat səviyyəsində proqnozlaşdırılır.

 

 

Ключевые слова: Şərifov Dövlət büdcəsi