ARDNŞ və “KazMunayQaz” anlaşma memorandumu imzaladılar

11:11 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyəti arasında Anlaşma Memorandumu imzalanmışdır.

ARDNŞ-in məlumatına görə, memorandum ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti ilə görüşündə Bakıda imzalanıb.

“Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum cərçivəsində atılacaq ilk konkret addım olaraq, “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirlməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, görüş çərçivəsində həmçinin ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın “Kazmortransflot” LLP (NMSC) Milli Dənizçilik Loqistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanmışdır.

 

Вся лента