Elman Rüstəmov: 2019-cu ildə Azərbaycanda inflyasiya 4% səviyyəsində olacaq

11:57 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) aşağı inflyasiyanın təmin edilməsi məqsədilə  2019-cu il üzrə pul siyasətinin əsas istiqamətlərini müəyyən edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, 2019-cu ildə bank bankın səlahiyyətləri çərçivəsində qiymət sabitliyini təmin etmək məqsədi ilə inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamağı planlaşdırır.

“Bu məqsədlərə nail olmaq üçün AMB pul siyasətinin alətlərindən adekvat şəkildə istifadə edəcək və proqnozlaşdırılan və real inflyasiya arasındakı fərqdən asılı olaraq bu alətləri operativ olaraq dəyişəcək”, - deyə E.Rüstəmov bildirib.

Onun sözlərinə görə, manatın sabitliyi gələn il inflyasiyanın aşağı səviyyəsinin əsas şərtlərindən biri olacaq.

 


Вся лента