Cari ildə 300-dək işsiz vətəndaş yol infrastruktur layihələrinə cəlb ediləcək

14:47 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 minədək vətəndaş daimi iş yeri ilə təmin olunub. Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına AAYDA tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində 2018-ci ildə 615 vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və reallaşdırılacaq yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300-dək vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.

Вся лента