Elman Rüstəmov: Azərbaycanın strateji ehtiyatları 42 milyard dollardan çoxdur

15:18 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Azərbacan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov ölkədə makro-iqtisadi durumun yaxşılaşmasını bildirib.

Parlamentdə keçirilən 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Elman Rüstəmov deyib ki, 2017-ci il, post-neft dövrünə keçid kimi yadda qalacaq.

“2016-cı ilin sonunda qeyd olunan 1,4 milyard dollar kəsir qarşılığında, cari ilin doqquz ayının yekununda  ödəmə balansının artıqlığı 1,1 milyard dollar səviyyəsində bərpa edilib. Əlbəttə ki, bu prosesə neftin qiyməti də təsir edib, lakin təsir amili təkcə bu deyil.İllik ixracın səviyyəsi pik göstəriciyə nisbətdə iki dəfə azalaraq ilin sonuna 6,5 milyard dollar səviyyəsində gözlənilir. Bu halda, doqquz ay ərzində qeyri-neft sektoru təxminən 31% artıb, turizm sektorunda isə müsbət saldo yaranıb”, -  deyə E.Rüstəmov bildirdi.

Onun sözlərinə görə, nəticədə Azərbaycanın strateji valyutaları 12% artmışdır, o cümlədən, Mərkəzi Bankın ehtiyatları 31%-ə qədər artaraq 42 milyard dollar təşkil etmişdir.

 

Вся лента