Bakıda mənzillərin qiyməti düşdü

15:43 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Bakıda yeni və köhnə mənzillər ucuzlaşıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, Bakıda sentyabr ayı ilə müqayisədə, oktyabr ayında daşınmaz əmlak bazarında qiymətlər 0,46%  artıb, keçən illin eyni dövrü ilə müqayisədə 9,16% qiymətlər aşağı düşüb.

“Təkrar mənzil bazarında (köhnə mənzillər)  manatla ifadədə qiymətlər oktyabrda 0,75%, keçən ilin eyni dövrü ilə müqayisədə 10,46% azalıb. O cümlədən, yeni mənzillər ay ərzində 0,41%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 4,31 % ucuzlaşıb”, - deyə N. İbrahimov bildirdi.

Onun sözlərinə görə, mənzillərin ucuzlaşması struktur dəyişiklikləri ilə bağlıdır.

 

Вся лента