Neftin qiymətləri qalxır

09:57 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,41 dollar və yaxud 2,29% yüksəlib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,89 dollar təşkil edir.

29 yanvar tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  1,32 dollar (2,54%) qalxaraq  bir barelə 53,31 dollar təşkil etmişdir.  Həmin vaxta Nyu-York Əmtəə Birjasında  “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,19 dollar (0,36%) qalxaraq bir barelə 53,50 təşkil etmişdir.

“ICE” birjasında çərşənbə axşamı günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,39 dollar (2,32%) artaraq bir barelə 61,64 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,01 dollara bərabərdir.

 

Вся лента