İlham Əliyev: SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır

17:30 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev konfransda cıxışı zamanı qeyd edib ki, “Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub. Əminəm ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası bizə əlavə böyük gəlir gətirəcək”.

 

Вся лента