“Tesla”, 2018-ci ilin yekunları üzrə təxminən 1 milyard dollar itkisinin olduğunu bildirdi

11:49 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Ötən il Amerikanın elektromobil istehsalı ilə məşğul olan “Tesla” şirkətinin itkiləri təxminən 976 milyon dollar (hər səhmə 5,72 dollar) təşkil edib.

Tesla şirkətinin  korporativ hesabatlılığına əsasən, şirkətin 2018-ci il ərzində ümumi gəliri təxminən 21,4 milyard dollar təşkil edib ki, bu da onun mövcudluğu dövründə rekorddur. 2018-ci ilin dördüncü rübündə gəlir 7,2 milyard dollara yüksəldi.

2018-ci ilin son üç ayı üzrə xalis mənfəət təxminən 139,4 milyon dollar təşkil edib, üçüncü rübdə isə bu rəqəm 311,5 milyon dollara çatıb. Beləliklə, “The Verge” portalının qeyd etdiyi kimi, “Tesla” tarixində ilk dəfədir ki,  şirkət iki rüb ardıcıl olaraq mənfəət əldə edir. Eyni zamanda, nəşr olunan hesabatlılıqda, avtomobil istehsalçısı 2019-cu ilin hər rübünün onun üçün mənfəətli  olacağını proqnoz edib.

“Tesla” həmçinin bəyan edib ki, 2019-cu ilin dördüncü rübü ilə 2020-ci ilin ikinci rübü arasındakı dövrdə, söz verdiyi kimi, Model 3 elektromobillərin ildə 500 min ədəd buraxılışını təmin etməyi planlaşdırır. Əvvəllər bu rəqəmin 2018-ci ildə əldə ediləcəyi planlaşdırıldı, amma bu baş vermədi.

 

Вся лента