İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

22.11.2017,10:17


Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılması üçün Azərbaycanın İtaliyadakı Səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 29 noyabr-1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq.

Festivalın açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel Regina” mehmanxanasında keçiriləcək, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menu əsasında fəaliyyət göstərəcək. Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalına İtaliya mətbuatı indidən maraq göstərir və artıq bir sıra mətbuat orqanlarında Festival haqqında məlumatlar dərc olunmuşdur.

 

Ключевые слова: Mətbəx Festival