“Tesla” elektromobillər üşün akkumulyatorları özü istehsal edəcək

17:33 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Milyarder İlon Maska məxsus olan “Tesla” şirkəti, Kaliforniyadakı “Maxwell Technologies” akkumulyator istehsalçısı satın alır.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, “Tesla” akkumulyator istehsal edən Maxwell Technologies şirkətini 218 milyon dollar alır. Bu şirkətdə olan texnologiyalar elektromobillərin yüklənilməsini sürətləndirəcək.

Maxwell Technologies artıq yarım əsrdən çoxdur ki, müxtəlif sənaye sahələri üçün akkumulyatorlar və superkondensatorlar istehsal edir. Hal-hazırda şirkət öz məhsullarını General Motors və Volkswagen kimi avto-nəhənglərə satır.

Reuters-in verdiyi məlumata görə, bu gün Tesla btün akkumulyatorlarını Yaponiyanın Panasonic korporasiyasından  sifariş edir.

Ekspertlər vurğulayırlar ki, Maxwell Technologies-in alınması “Tesla”ya qısa müddətdə elektromobilləri üçün öz akkumulyatorlarının istehsalını işə salmağa imkan verəcək.

Maxwell Technologies, “Tesla”nın son bir neçə il ərzində beşinci satın almasıdır. Beləliklə, 2016-cı ildə şirkət SolarCity enerji şirkətini 2,6 milyard dollara almışdı.

“Tesla” Mask tərəfindən 2003-cü ildə təsis edilmişdir. Onun qərargahı Palo Alto (Kaliforniya) şəhərində yerləşir. Əvvəlcə o, yalnız elektromobillərin istehsalı ilə məşğul olub, daha sonra enerji saxlama sistemlərinin yaradılması ilə məşğul olmuşdur. Şirkət hazırda Model 3 və Model S sedanları, eləcə də Model X krossoveri istehsal edir.

 

Вся лента