VTB (Azərbaycan)-ın kart sahibləri lotereyada iştirak edə bilər

06.02.2019,16:06


6 fevral, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın kart sahibləri  Azərbaycan Mərkəzi Bankının “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyasında iştirak edə bilər.

Aksiyada iştirak etmək üçün kart istifadəçiləri POS-terminal vasitəsilə 5 manat məbləğindən başlayaraq nağdsız əməliyyat aparmalıdır. Aksiya 30 aprel 2019-cu il tarixinədək davam edəcək.

Qalib hər ay Azərbaycan Mərkəzi Bankında Tiraj Komissiyasının iştirakı illə kompüter proqramı vasitəsilə müəyyən olunur. Uduş 50 manat təşkil edir - bu vəsait qalib gələn şəxsin kartına Cash Back şəklinə mədaxil olunur.  

Lotereyanın şərtləri barədə ətraflı məlumatı MB saytından əldə etmək mümkündür.

 

Ключевые слова: VTB