Fevralın 10-da Bakı və Sumqayıt şəhərləri arasında elektrik qatarları işləməyəcək

16:00 - 7.02.2019


7 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC  Bakı-Sumqayıt elektrik qatarlarının sərnişinlərinə xəbərdarlıq edir.

ADY-in məlumatında deyilir ki, Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 10 fevral  2019-cu il tarixdə  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti  dayandırılır.

Elektrik  qatarları qeyd edilən istiqamətdə yalnız bir gün işləməyəcək.

 

Вся лента