“Azərpoçt” “Sendy” mobil ödəniş sisteminə qoşuldu

17:51 - 7.02.2019


7 fevral , Fineko/abc.az. “Azərpoçt” MMC  ilə Rusiyanın "Digital Payment" şirkəti arasında "Sendy" ödəniş sisteminə qoşulma haqqında memorandum imzalanıb.

MMC-in məlumatında deyilir ki, “Azərpoçt” və "Digital Payment" arasında tərəfdaşlıq  Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan verəcək.

“Sendy” avadanlıq kompleksinin və proqram təminatının  istifadəsi ölkədə innovativ rəqəmsal mobil ödəniş texnologiyalarının genişləndirilməsinə imkan yaradacaqdır. Həm ticarət, həm də xidmət sahəsində nağd ödənişlərin məbləğini azaldacaq, xidmətlərin keyfiyyətini artırmaq və ödənişlərin təhlükəsizliyini təmin edəcəkdir”, - məlumatda bildirilir.

"Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir, 70 mindən çox hüquqi şəxs isə bu sistemin müştərisidir.

 

Вся лента