Növbəti həftədən etibarən “AzSigorta” Şamaxıda zəlzələdən zərər çəkənlərə ödənişlər etməyə başlayır

12:24 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Azərbaycan sığorta şirkəti “AzSigorta” 5 və 6 fevral tarixlərində baş verən zəlzələdən sonra Şamaxıda əməliyyat qərargahını yerləşdirib.

Şirkətin idarə heyətinin sədri Anar Talıbovun sözlərinə görə, bu günədək 70-dən çox zərər çəkmiş şəxs qərargaha müraciət edib.

“Sığortaçının əksəriyyəti kommersiya obyektlərinin sahiblərdir və yalnız 10%-i ev sahibləridir. İlkin hesablamalara əsasən hər bir sığorta hadisəsi üzrə ödənişlərin orta məbləği 1000-1500 manat təşkil edəcək, lakin böyük sığorta hadisələri də var ki, bunlarda, onda zərər 10 min manat və 30 min manat dəyərindədir”, - deyə A.Talibov bildirib.

Onun sözlərinə görə, hazırda qərargah məlumatların  toplanması və sığortalanmış əmlaka dəymiş zərərin hesablanması üzrə işlər aparılır, gələn həftədən etibarən isə ödənişlər ediləcək.

 

Вся лента