“AzSığorta” könüllü sığorta xidmətlərinin çeşidini genişləndirməyi planlaşdırır

08.02.2019,12:39


8 fevral, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “AzSığorta” əhaliyə və kommersiya təşkilatları arasında könüllü sığorta xidmətlərinin yayılması və inkişafı sahəsində geniş işlərin aparılacağını bildirib.

Şirkətin İdarə Heyətinin sədri Anar Talıbovun sözlərinə görə, Azərbaycanda icbari sığorta növləri könüllü növlərdən daha çox inkişaf etmişdir və bu tendensiyanın əsas səbəblərindən biri də icbari növlərə sanksiyaların olmasıdır.

“Hal-hazırda “AzSığorta” portfelinin əksəriyyəti icbari sığorta növlərindən formalaşır, onlar, bütün müqavilələrin 60%-ni təşkil edir. Lakin biz, bu nisbəti dəyişdirmək, könüllü sığorta növlərini inkişaf etdirmək niyyətindəyik. İstehlakçılara çatdırmaq istəyirik ki, nəzərə alsaq ki, icbari sığorta növləri bütün  ehtimal olunan riskləri əhatə etmir,  daha çox zəmanətli maliyyə sabitliyi təmin edə bilərik”,  - A.Talibov bildirib.

Onun sözlərinə görə, potensial müştərilərin tələblərini öyrəndikdən sonra könüllü sığorta növləri genişləndiriləcəkdir.