Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradıldı

14:52 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Mərkəz, ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edəcək, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək. Mərkəz, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Prezidentinin Administrasiyasına, Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinə  bu Fərmandan irəli gələn digər məsələləri həll etmək,  Ədliyyə Nazirliyinə isə  normativ hüquqi aktların və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək tapşırılıb.

 

Вся лента