Putin, BP başçısının təklifi ilə, Britaniya biznes nümayəndələri ilə görüşəcək

15:30 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin, British Petroleum (ВР)  şirkətinin rəhbəri Robert Dadlinin, Rusiyada Britaniya və Rusiya biznes nümayəndələri ilə dəyirmi masa keçirilməsi haqqında fikrini dəstəklədi.

RF prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı bu tədbirin iştirakçıları ilə şəxsən görüşmək niyyətindədir.

“Dadli, prezident Putinə, Rusiya bazarında işləyən və Rusiyadakı biznesə bu və ya digər münasibət göstərən Britaniya iş adamlarının, Britaniya şirkətlərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa təşkil etməyi təklif edib. Dadli həmçinin də Rusiya prezidentinə təklif edərək, belə bir dəyirmi masanın iştirakçıları ilə görüşmək istədiyini bildirdi. Prezident bu fikri dəstəklədi və bunu etməyə söz verdi. İndi bu işi təşkil etmək üçün bir az vaxt lazımdır”, - deyə Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu, dünən baş tutan Putinlə Dadli arasındakı görüşdə müzakirə olundu.

“Görüş çox təffərüatlı, tərkibli  idi. Prezident qeyd etdi ki, Rusiya hakimiyyəti BP-ni həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, eyni yanaşma hər şeyə rəğmən burada iştirakını davam etdirən və müxtəlif yeni qarşılıqlı faydalı layihələr haqqında düşünən  bütün xarici investorlar üçün vacibdir”, - bunu Kremlin nümayəndəsi bildirib.

 

Вся лента