Azərbaycanda yanvar ayında inflyasiya 1,7% səviyyəsində qeyd edilib

17:44 - 8.02.2019


8 fevral, Fineko/abc.az. 2019-cu ilin yanvar ayında Azərbaycanda inflyasiya 1,7% təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətləri yanvar ayında 0,7%, qeyri-ərzaq məhsulları 1,2%, xidmətlər isə 3,4% artıb.

“2018-ci ilin dekabr ayına inflyasiya 0,2% təşkil etmiş, qida məhsulları, içkilər və tütün məmulatları 0,9%, qeyri-ərzaq malları 0,2% artıb, xidmət qiymətləri isə 0,8% azalıb”, - məlumatda belə deyilir.

 

Вся лента