Azərbaycanda bir milyonuncu turistə elektron viza verildi

11:24 - 11.02.2019


11 fevral, Fineko/abc.az. Azərbaycanda “ASAN Viza” vasitəsi ilə 1 milyonuncu viza verilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında deyilir ki, bir  milyonuncu turist, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanmış Fransalı Louis Henri Samoyault olub.

“Bir milyonuncu turistə “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub”, - məlumatda belə deyilir.

Hazırda Azərbaycanda  “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir.

 

Вся лента