Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb etdi

12:09 - 11.02.2019


11 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 11 fevral tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  848,0 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Вся лента