Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını təxminən 50% artırıb

13:57 - 12.02.2019


12 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) yanvar ayında dövlət büdcəsinə yanvarın 329, 645 milyon manat köçürüb. 2018-ci ilin yanvar ayında isə bu göstərici 226,088 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, keçən ay büdcəyə 233,048 milyon manat ƏDV vergisi, aksiz vergisi üzrə 16,862 milyon manat, yol vergisi üzrə 3,254 milyon manat köçürülüb. Köçürülmüş  gömrük rüsumlarının həcmi 76,480 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ildə dövlət büdcəsinə 3,434 milyard manat, 2017-ci ildə 2,608 milyard manat köçürmüşdür.

 

Вся лента