Azərbaycan sakinləri, ərzaq və qeyri-ərzaq məhsullarına təxminən eyni xərclər edirlər

15:16 - 12.02.2019


12 fevral, Fineko/abc.az. 2019-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çox, yəni 2,9 milyard manat həcmində mallar satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, onlardan 1,5 milyard manat istehlak malları, içkilər və siqaretlər, 1,4 milyard manat isə qeyri-ərzaq malları təşkil edib.

“İl ərzində istehlak malları üzrə ticarətin həcmi 2,4%, qeyri-ərzaq malları üzrə ticarətin həcmi  isə  3,1% artıb", - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, yanvar ayında adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 293,8 manat, təşkil edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 8,1% çoxdur. Ticarət şəbəkələrində hər bir şəxs orta hesabla, 147, 6 manatlıq ərzaq məhsulları və 146,2 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

 

 

Вся лента