Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolunun 406 km sahəsi təmir edildi

22.11.2017,14:38


22 noyabr, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirini həyata keçirməyi davam etdirir.

ADY-dan verilən məlumata görə, 10 kilometrlik Karrar-Kürdəmir mənzilinin əsaslı təmiri başlandı.

“Bu sahənin təmiri bir həftə ərzində davam edəcək”, - məlumatda belə deyilir.

Qeyd edək ki, ADY  ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkəti arasında 14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin reallaşdırılması haqqında İxrac Müqaviləsinə əlavə razılaşma imzalanmışdır. Müqavilə, Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatını və əsaslı təmirini nəzərdə tutur.

İkinci mərhələ çərçivəsində bu günə kimi 406 km dəmir yolu əsaslı təmir olunub.

 

Ключевые слова: ADY Böyük Kəsik