2018-ci ildə Azərbaycanda dövlət qurumları 400 yerli istehsal olan avtomobil alıblar

16:16 - 9.02.2019


9 fevral, Fineko/abc.az. 2018-ci ildə “Azərmaş” ASC 1 min avtomobil satıb və bu ilin əvvəlindən “Xəzər” modelinin 250 avtomobili satılıb.

“Azərmaş” ASC-in İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, həmin avtomobillərdən təxminən 400 avtomobil dövlət strukturları tərəfindən, qalanları isə fərdi şəxslər tərəfindən alınıb.

“Avtomobillərin 30%-i kredit şərtləri ilə satılıb”, - deyə E. Axundov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə, sifarişlərdən asılı olaraq, mexaniki və avtomat sürət qutusu olan 3 minə qədər avtomobilin istehsal edilməsi planlaşdırır. Avtomobilin qiyməti 13,5 min manatdan 21 min manat arasında dəyişir.

 

Вся лента