OPEC, 2019-cu ildə dünyanın neftə olan tələbinin artımına dair proqnozunu azaltdı

17:29 - 12.02.2019


12 fevral, Fineko/abc.az. OPEC, fevral ayı hesabatında 2019-cu ildə dünya neft tələbi artımına dair proqnozunu gündə 50 min barrell, yəni 1,24 milyon barelə qədər endirdi.

Bu azalma Amerika, Avropa və Yaxın Şərq ölkələrində iqtisadi inkişafın gözlənilən yavaşlamasına bağlıdır.

Hasilatın  artımı əsasən ABŞ, Braziliya, Rusiya, Böyük Britaniya, Qazaxıstan və Qanada gözlənilir, Meksika, Kanada, Norveç və İndoneziyada isə hasilatda nəzərəçarpacaq azalma proqnozlaşdırılır.

Hesabata əsasən, yanvar ayında OPEC ölkələri neft hasilatı, əsasən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına gündə 797 min barel, 30,8 milyon barelə qədər azaldıb.

Belə ki, OPEC-in ikinci mənbələrinə görə, Səudiyyə tərəfindən həyata keçirilən hasilat yanvarda gündə 350 min barrel düşərək, 10,2 milyon barel təşkil edib. BƏƏ-də gündəlik orta hasilat 146 min barel azalaraq gündə 3,1 milyon barel təşkil edib, Küveyt üçün bu göstərici gündə 90 min azalaraq 2,7 milyon barelə düşüb. Eyni zamanda, Səudiyyə Ərəbistanı özünün yanvar ayının hasilatının gündə 400 min barel azaldığını OPEC-ə bildirdi.

2019-cu ilin yanvar ayında Rusiyada neft və qaz kondensatı hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən təxminən 50 min barel (OPEC + ölkələri istehsalı azaldıb) enərək 11,56 milyon təşkil etmişdir.

 

Вся лента