Neftin qiymətləri yüksəlib

09:59 - 13.02.2019


13 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,35 dollar (2,13%) yüksəlib.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,74 dollar təşkil edir.

12 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,69 dollar (1,3%) yüksələrək bir barelə 53,10 dollar təşkil etmişdir. 

Çərşənbə axşamı  günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,91 dollar (1,5%) artmış və bir barelə 62,42 dollar təşkil etmişdir. 

WTI-də mart ayının fyuçersi NYMEX elektron ticarətdə saat 9:00-a 0,55 dollar (1,34%) yüksəldi və 53,65 dollar / barelə təşkil etdi.

ICE Futures  birjasında  “Brent”in aprel fyuçersi bu zaman 0,64 dollar (1,03%) artaraq bir barelə 63,06 dollar təşkil etmişdir.

 

Вся лента