“Lifan” Gürcüstan bazarına çıxdı

12:08 - 13.02.2019


13 fevral, Fineko/abc.az. “Lifan Motors” şirkəti diler şirkəti olan “OTO Motors” ilə birlikdə 2018-ci ilin dekabr ayında Gürcüstan bazarına daxil oldu və burada ilk dəfə olaraq Lifan X70 və M7 modellərini təqdim etdi.

“Lifan Industry” şirkətinin baş direktorunun müavini Lü Tzan bildirib ki, “OTO Motors”un tərəfdaş kimi seçiminin meyarları, komandanın peşəkarlığı, əla satış sonrası xidmət, yaxşı nüfuz və yerli bazarda populyarlıq təmin etmək bacarığıdır.

“Lifan Motors” şirkəti xidmət sinifləri və ölçülərinə görə yerli bazarda digər Çin istehsalçılarının avtosalonlarından qat-qat üstün olan avtosalon açıb. Hər iki tərəf yeni bazarda istehlakçılara 3 il və ya 100 min km pulsuz zəmanət verməyi vəd edir. Bu kimi keyfiyyətə zəmanət şərtləri ilk dəfə Gürcüstan bazarında təqdim olunacaq.

 

Вся лента