Yanvar ayında OPEC+ ölkələri dekabr ayı sazişi çərçivəsində neft hasilatını 34% azaltdılar

17:46 - 13.02.2019


13 fevral, Fineko/abc.az. Yanvar ayında neft hasilatının azaldılmasına dair sazişdə iştirak edən qeyri-OPEC ölkələri, Qazaxıstanda neft hasilatının artması və Rusiyada və Azərbaycanda azalma sürəti ilə əlaqədar müqavilənin şərtlərini yalnız 25% yerinə yetirdilər.

Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral hesabatına görə, OPEC ölkələri ilin ilk ayında hasilatı plandan 86% azaldıblar. Ümumilikdə, yanvar ayında OPEC + ölkələri gündəlik 44,66 milyon barel hasil etdilər. Lakin onların  gündə isə 1,195 milyon barel azaldılması lazım olan əsas hasilat səviyyəsi gündə 45,069 milyon barel təşkil edir. Beləliklə, qərarın bütün iştirakçıları üçün hasilatda real azalma gündə 409 min barel olub ki, bu da planın 34%-ə bərabərdir.

Qazaxıstan yanvar ayında hasilatı gündə 2,08 milyon barelə (gündə 40 min barel azaltma əvəzinə, 50 min barel artım) artırdı. Neft hasilatının aşağı sürətlə həmçinin Rusiya və Azərbaycan azaldıb. Lakin  razılaşmaların şərtlərinə əsasən, Rusiya hasilatı tədricən azalda bilər.

Ümumilikdə, yanvar ayında hasilatın həcmi daha çox Səudiyyə Ərəbistanı tərəfindən azaldılmışdır. Bu arada,  Səudiyyə Ərəbistanı 2018-ci ilin ikinci yarısında hasilatı daha çox artırmışdır. Belə ki, yanvar ayında Səudiyyə hasilatı oktyabr ayı ilə müqayisədə gündəlik 390 min barrel azalaraq gündə 10,24 milyon barelə düşüb. BƏƏ, Küveyt və Anqola da həmçinin hasilatı sürətlə azaltmışlar. Eyni zamanda, İraq və Qabon kimi ölkələr hasilatı azaltmamış, əksinə,  artırmışdır. Konqo həmçinin hasilatı azaltmamışdır.  Lazım olan sürətdən daha yavaş, Nigeriya, Əlcəzair və Ekvador neft hasilatını azaldıb.

 

 

Вся лента