Qız Qalası MDB-nin ən romantik guşələrinin beşliyinə daxil edilib

10:25 - 14.02.2019


14 fevral, Fineko/abc.az. “TourStat” Analitik agentliyi MDB şəhərləri arasında turistlərin üstünlük verdiyi ən romantik və görməli yerlərinin  reytinqini təqdim etdi.

Agentliyin verdiyi məlumata görə, reytinq, 14 fevral - “Müqəddəs Valentin” günü ilə bağlı keçirilən onlayn sorğunun nəticələrinə əsaslanır.

“Minskdə Troitsk qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanada Bayterek abidəsi, Bakıda Qız qalası və Daşkənd televiziya qülləsi MDB ölkələrinin ən romantik yerlərinin ilk beşliyinə daxil olub”, - məlumatda belə deyilir.

TourStat”ın məlumatına görə, MDB-nin ən romantik yerləri kimi  verilən səslərTroitsk qəsəbəsi üçün 27%, Kok-Tübe dağı üçün 23%, Bayterek üçün 20%, Qız qalası üçün 15%, Daşkənd televiziyası qülləsi üçün isə 8% təşkil edib.

MDB ölkələrində romantik yerlərin ilk beşliyi:

1. Troitsk qəsəbəsi, Minsk (Belarus)

2. Kok Tübe, Almatı (Qazaxıstan)

3. Bayterek, Astana (Qazaxıstan)

4. Qız Qalası, Bakı (Azərbaycan)

5. Daşkənd televiziya qülləsi, Daşkənd (Özbəkistan)

 

 

Вся лента