"KAMAZ" Azərbaycanda kənd təsərrüfatı və kommunal avadanlığı istehsal etmək istəyir

11:53 - 14.02.2019


14 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev “KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqini qəbul edib.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, nazir Şahin Mustafayev görüş zamanı qeyri-neft sektorunun, xüsusən Azərbaycanın qeyri-neft sənayesinin inkişafının davam etdiyini və bu sahədə əməkdaşlığın inkişafının mümkünlüyünü bildirdi.

“Öz növbəsində Sergey Koqoqin Azərbaycan bazarının əlverişli olduğunu qeyd edərək "KAMAZ" Azərbaycanda kənd təsərrüfatı və kommunal avadanlıq istehsal edə biləcəyini, habelə yeni nəsil KAMAZ avtomobilləri üçün xidmət mərkəzinin yaradılmasının mümkünlüyünü bildirdi”, - məlumatda belə deyilir.

Məlumatda qeyd olunub ki, görüşdə Azərbaycanda bir sıra ehtiyat hissələri istehsal etmək imkanları müzakirə olunub.

 

Вся лента