VTB, ABŞ-ın ehtimal olunan yeni sanksiyalarına qarşı hərəkət planı hazırlayıb

15:37 - 14.02.2019


14 fevral, Fineko/abc.az. VTB, ABŞ-ın Rusiya banklarına qarşı yeni sanksiyalarının tətbiqi halında hərəkət planı hazırlayıb.

Bu barədə VTB-nin rəhbəri Andrey Kostin Rusiya İnvestisiya Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Sanksiyaların tətbiq olunması ehtimalında bizim bir planımız var. Sanksiyalar olarsa, planı tətbiq edəcəyik, olmasa isə, öz həyatımızı yaşayacağıq”, - deyə  Kostin, əlaqədar sualları cavablandırdı.

Lakin o, hərəkət planının təfərrüatlarını açıqlamadı.

 

Вся лента