“Sberbank” “Utair” şirkətinin borcunu restrukturizasiya edə bilər

15:53 - 14.02.2019


14 fevral, Fineko/abc.az. “Sberbank” “Utair”in borcunun restrukturizasiyası imkanını nəzərdən keçirir.

Bunu, Rusiya İnvestisiya Forumu çərçivəsində bankın rəhbəri German Qref jurnalistlərə açıqlayıb.

“Hələ ki, olduqca konstruktiv dialoq aparırıq. Biz başa düşürük ki, şirkət belə vəziyyətə düşüb. Şirkətin böhrandan çıxarılması planına əsasən bu borcun restrukturizasiyası planı təqdim edilib. Hər şeyin yaxşı olduğunu görsək, o zaman, düşünürəm ki, şirkətə güzəşt edib borcu restrukturizasiya edərik”, - deyən Qref vurğuladı ki, “Sberbank”, “Utair” şirkətini iflas etmək niyyətində deyil.

 

Вся лента