Azərbaycanda aqrar məhsullarının istehsalı 4% artdı

16:08 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb.

“O cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı isə 5,3 faiz artmışdır”,- deyə xəbər verilir.

Gələn ilin məhsulu üçün 781,5 min hektar sahədə şum qaldırılmış, 455,6 min hektar sahəyə dən üçün taxıl, ondan  290,0 min hektar sahəyə buğda, 162,4 min hektar sahəyə isə arpa səpilmişdir.

Məlumatda həmçinin deyilir: “Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 405,2 min ton, süd istehsalı 0,6 faiz artaraq 1682,8 min ton, yumurta istehsalı 7,5 faiz artaraq 1446,6 milyon ədəd, yun istehsalı isə 4,0 faiz azalaraq 15,8 min ton olmuşdur”.

 

Вся лента